Azərbaycan neftinin qiyməti 64 dollara düşdü

İqtisadiyyat

03.03.2021 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,41 dollar ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar artaraq 62,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 59,84 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bir qədər ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,41 dollar ucuzlaşaraq 64,25 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az