Neftin qiymətində artım müşahidə olunub
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları, yaxud 2,66 % artaraq 100,87 ABŞ dolları təşkil edib.
AYNA xəbər verir ki, hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 94,67 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.