Hərbçilərimiz “Karşıkaya” patrul gəmisində təlimlərini davam etdirir
Heydər Əliyev adına Hərbi İnstitutu bitirən heyət Türkiyədə təlimlər keçir. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan hərbçiləri “Dəniz Donanması Təcrübəsi” çərçivəsində “Karşıkaya” patrul gəmisində təlimlərini davam etdirir.