Ermənistan tərəfindən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdləri təkrarlana bilər
Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, dünəndən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcərdəki mövqeləri atəşə tutulur.