Sassoli ötən ilin sentyabrında ağır pnevmoniya xəstəliyinə tutulub
Avropa Parlamentinin Prezidenti David Sassoli xəstəxanaya yerləşdirilib. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Roberto Cuillo bildirib.
O qeyd edib ki, Avropa Parlamentinin Prezidenti dekabrın 26-dan xəstəxanaya yerləşdirilib və onun bütün işləri təxirə salınıb.
"İmmun sisteminin disfunksiyası nəticəsində yaranan ciddi fəsadlara görə xəstəxanaya yerləşdirmək zəruri olub", - deyə o bildirib.
Xatırladaq ki, 64 yaşlı David Sassoli ötən ilin sentyabrında parlamentin plenar iclası zamanı ağır pnevmoniya xəstəliyinə tutulub və xəstəxanaya yerləşdirilməli olub. O, müalicə almaq məqsədi ilə İtaliyaya qayıdıb.