Ursula fon der Leyen Zelenski ilə görüşəcək
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə gəlib. AYNA xəbər verir ki, bu barədə Leyen “Twitter” mikrobloqunda yazıb.
"Kiyevə gəlmək xoşdur. Burada dəyər verdiyimiz dəyərlər hər gün qorunur. Ona görə də bura Avropa Gününü qeyd etməyə layiqli yerdir", - Leyen bildirib.
O, Ukrayna prezidenti Vladimir Zelenskinin 9 mayın Ukraynada Avropa Günü kimi qeyd olunması qərarını alqışlayıb.
Avropa Komissiyasının rəhbərini Kiyev dəmir yolu vağzalının platformasından xarici işlər nazirinin müavini Yevgeni Perebiynisin qarşıladığı fotonu da dərc edib.
Leyenin Zelenski ilə görüşəcəyi gözlənilir.