Avropa İttifaqı Ukrayna ilə bağlı həlledici məqamı açıqladı: “Yaxın iki-üç həftədə...”

Dünya

23.01.2023 - 13:37

Şarl Mişel: "Yaxın bir neçə həftədə baş verəcəklər gələcəyimizi müəyyənləşdirəcək"

Avropa İttifaqı Şurasının rəhbəri Ukraynadakı münaqişə ilə bağlı həlledici iki-üç həftə elan edib

“Ukraynadakı münaqişə dönüş nöqtəsindədir və Avropa İttifaqının (Aİ) gələcəyi yaxın iki-üç həftənin nəticəsindən asılıdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.

"Yaxın bir neçə həftədə baş verəcəklər gələcəyimizi müəyyənləşdirəcək", - Mişel bəyan edib.

Aİ Şurasının rəhbəri qeyd edib ki, İttifaq çox qısa müddətdə bir sıra çox mühüm qərarlar qəbul etməli olacaq: “Biz Ukraynanın tərəfində durmalı və onlara bütün lazımi dəstəyi verməliyik. Biz onları ruhdan sala bilmərik”.

Müəllif: Ayna.az