“Avropa İttifaqı Rusiyaya qarşı bütün böyük sanksiyaları qəbul edib"

Dünya

20.02.2023 - 16:41

cedabet dərman SEO Xidməti

Şarl Mişel: “Biz əksər sahələrə qarşı sanksiyalar tətbiq etmişik”

Avropa İttifaqı Rusiyaya qarşı bütün əsas sanksiyaları artıq qəbul edib. AYNA bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri şarl Mişel Belçikanın “LeSoir” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, tətbiq ediləcək çox tədbir qalmayıb.

“Hər bir ardıcıl sanksiya paketi sanksiyalardan yayınmanın qarşısını almağa yönəlib. Amma əsas odur ki, biz əksər sahələrə qarşı sanksiyalar tətbiq etmişik”, Aİ Şurasının rəhbəri qeyd edib.

Bundan əvvəl bildirilib ki, Aİ ölkələrinin daimi nümayəndələri fevralın 22-də keçirilən iclasda Rusiyaya qarşı yeni, onuncu sanksiyalar paketi ilə bağlı razılığa gəlməyi planlaşdırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş