Ödənilməmiş cərimələrlə bağlı hökumətə məktub göndərilib
Avropa Komissiyası Polşadakı Turov mədəninin istismarına görə ödənilməmiş cərimələrlə əlaqədar bu ölkənin hökumətinə məktub göndərib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Balaş Ujvari məlumat verib.
Ujvari deyib ki, Avropa Komissiyası Turov kömür mədəni ilə bağlı Aİ-nin Ədalət Məhkəməsinin Polşaya tətbiq etdiyi cəriməyə görə ödəniləcək vəsaiti Aİ-nin rəsmi Varşava üçün ayırdığı vəsaitdən tutmağa davam edəcəyini açıqlayıb. Polşa üçün Aİ fondlarından cərimələrin tutulması 2021-ci il sentyabrın 20-dən oktyabrın 19-dək olan dövrə şamil edilir.
Qeyd edək ki, 2021-ci il sentyabrın 20-də Aİ Turov kömür mədənin istismarına görə Polşaya gündəlik 110 min avro cərimə tətbiq edib. İki dövlət arasında mübahisə fevralın 3-dək - müqavilə imzalanadək qədər davam edib. Müqaviləyə əsasən, rəsmi Varşava Çexiya tərəfinə 35 milyon avro ödəməyə razılaşıb.