ATƏT sədri Ukrayna XİN başçısı ilə görüşüb

Dünya

16.01.2023 - 19:52

cedabet dərman SEO Xidməti

Osmani: "Məhv olmuş insan talelərini görmək insanı narahat edir"

ATƏT sədri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

AYNA xəbər verir ki, bu barədə B.Osmani "Twitter"də yazıb.

“Mən elə bilirdim ki, Kiyevə növbəti dəfə gələnə kimi müharibə başa çatacaq və həyat normallaşacaq. Dağılmış evləri və məhv olmuş insan talelərini görmək insanı narahat edir”, - o paylaşımda qeyd edilib.

Xatırladaq ki, B.Osmani Ukraynada səfərdədir. Onun ölkə prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş