ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək

Dünya

13.01.2022 - 08:46

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəsizlik və digər məsələlər müzakirə olunacaq

Vyanada ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək. AYNA-nın xəbərinə görə, iclasda Polşanın xarici işlər naziri Zbiqnev Rau ölkəsinin təşkilata 2022-ci ildəki rəhbərlik proqramını açıqlayacaq.

Bundan əlavə, iclasda Avropada təhlükəsizlik və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Tədbirdə ATƏT-ə üzv olan ölkələrin diplomatları iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş