Humanitar əməkdaşlıq, təhlükəsizliyin təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılır
Qazaxıstanın Astana şəhərində keçirilən MDB Dövlət Başçıları Sammitində müzakirə olunacaq məsələlər açıqlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Sammitin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Onun sözlərinə görə, MDB liderləri Sammitdə humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Astana şəhərində MDB Dövlət başçıları Sammiti başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
