“Artsax”da total səfərbərliyi səbirsizliklə gözləyirik...

Aktual

21.06.2023 - 10:17

Öz qəbilədaşlarına həyasızcasına yalan danışan insan onları səfərbərliyə çağırır

1920-ci ildə məşhur ingilis fantastik yazıçısı Herbert Uells Moskvaya səfər etmiş və burada dünya inqilabının lideri Vladimir Leninlə görüşmüşdü. Və yazıçı bir çox sahələrdə Leninin dərin düşüncəsi və məlumatlılığına heyran olsa da, buna baxmayaraq, görüşdən sonra onu “Kreml xəyalpərəsti” adlandırmışdı.

Heyf ki, Uells o zaman Osmanlı İmperiyasında beş il əvvəl “soyqırımı dəhşətlərindən” sağ çıxan ermənilərlə görüşmədi. Sizi inandırıram, onlarla söhbət etdikdən sonra yazıçı əmin olacaqdı ki, Lenin heç də dəhşətli xəyalpərəst deyil, haylarla müqayisədə, sadəcə, xırda xəyalpərəstdir.

Xəyalların, miflərin, nağılların bədnam qonşularımızın milli xüsusiyyəti olduğunu söyləmək heç nə deməmək deməkdir. Həddindən artıq ambisiyalarla yanaşı miqyasdan kənar fantaziya onların həyat tərzidir, genetik yaddaşındadır.

Bu fantaziyanın məhsulu idi ki, vicdan əzabı çəkmədən başqasının olanı mənimsəmək onlarda heyrətamiz bir qabiliyyət oldu. Haylar xəyal aləmində yaşayaraq, realı arzulananla qarışdırırlar və əksinə.

Yüz, iki yüz, üç yüz il əvvəl də belə idi, bu gün də belədir. Zay qan yaddaşı çağırışı yoxa çıxmadı və hətta ən güclü zərbələr də bu fenomen qarşısında acizdir.

30 illik işğal dövründə Azərbaycan torpaqları haqqında xəyal quran ermənilər nəhayət, dönməz şəkildə özlərinin cəzasız qalacaqlarına inandılar. Reallıqdan qopan “əzabkeş xalq”ın nümayəndələri öz arzularında “böyük Ermənistan” mifinin getdikcə reallaşmağa başladığına inanırdılar. Ancaq hər nağılda olduğu kimi, bu da sona çatdı. Üstəlik, erməni xəyalpərəstləri üçün heç də xoşbəxt sonluqla deyil.

Özlərini “böyük döyüşçü” zənn edən haylara azərbaycanlı “alverçilər” 44 gün ərzində yer üzündə cəhənnəmi bəxş edəndə ölümcül sarsıntı yaşadılar. Başqa bir mif məhv edildi, tam mənəvi boşluq yarandı.

Bu gün Ermənistanda Qarabağın Azərbaycan olduğunu etiraf etməyə məcbur oldular. “Dəmir yumruq” öz xeyirxah işini gördü və erməni siyasi elitası yeni reallıqları üzdə (bəlkə də ürəklərində hələ də arzularını davam etdirirlər) etiraf etdi. Qonşu ölkədə Qarabağın statusunu, heç “müstəqilliyi”ni də xatırlamırlar. Ermənistan öz problemləri ilə məşğuldur və Qarabağ ballastı üçün artıq vaxt yoxdur.

Bununla belə, separatçıların özəyində hələ də bəyanatlarına baxsaq, sadəcə olaraq, öz ləğvini xəyal edən insanlar var. Sadəcə, özləri qaşınırlar. Özünüz mühakimə edin və qiymət verin.

“Biz tam səfərbərlik elan etməliyik, kilsələr zəng çalmalı, biz ermənilər bir araya gəlib bütün bunlara son qoymalıyıq. Ayıbdır, siyasi meydanda bizə hörmət edilmir, zəif xalq sayılırıq”, - deyə Ermənistan və “Artsax” ətrafında təhlükəsizlik vəziyyətini şərh edən “Arabo” dəstəsinin komandiri Manvel Yeqiazaryan bildirib.

Onun fikrincə, onlar yalnız Ermənistanın “Artsax”ı dəstəklədiyi halda “Artsax”da döyüşüb uğur qazana bilərlər: “İnsanlar orda-burda ayağa qalxsa, dünya şoka düşəcək və anlayacaq ki, insanlar öz yaşamaq hüquqları uğrunda mübarizə aparırlar, yalnız bundan sonra insanlar bizimlə masa arxasında əyləşəcəklər”.

Yeqiazaryan qeyd edib ki, 90-cı illərdə cəmiyyətdə bu cür əhval-ruhiyyə hökm sürürdü: “Baxmayaraq ki, o vaxt mübarizənin təşkilatçıları var idi, indi isə təşkilatçılar yoxdur. Biz Azərbaycanı məğlub etmək istəmirik, amma uduzmaq da istəmirik və uduzmadıq. Məndə daxili hiss var ki, bu vəziyyətdən çıxacağıq”.

Bu şəxsin səfehliyinə və intihara olan manyak həvəsinə qayıdacağıq, amma hələlik “Arabo” dəstəsi haqqında bir az məlumat verək.

Birinci Qarabağ müharibəsi zamanı Suriya və Livan vətəndaşlarından ibarət terrorçu dəstədən ibarət “Arabo” dəstəsi Azərbaycan torpaqlarının işğalında fəal iştirak edib. Bu dəstə təkcə Azərbaycan hərbçilərinə deyil, dinc azərbaycanlı əhaliyə qarşı da qeyri-insani davranış, qəddarlıq nümayiş etdirib.

Elə həmin Yeqiazaryan 2020-ci ilin oktyabrında müsahibə verir və orada erməni əsgərlərin qəhrəmanlığını tərifləyir. Sitat:

“Bu gün fəxrlə deyə bilərəm ki, regionda erməni əsgərinə bərabər heç kim yoxdur. Baxmayaraq ki, qarşı tərəf həm silah, həm də şəxsi heyət baxımından bizdən qat-qat güclüdür. Onların elit ordusunun sayı çox güman ki, cəmi 15-20 mindir və onlardan heç biri, demək olar ki, qalmayıb - ya öldürülüb, ya da yaralanıb, sıradan çıxarılıb”.

Razılaşın, Yeqiazaryanın bu cür sözlərindən sonra istənilən insanda koqnitiv dissonans yarana bilər. Azərbaycan ordusu demək olar ki, hər gün daha çox yeni kəndləri, rayonları, şəhərləri azad edir, erməni əsgərlər uzun məsafələrə qaçışda rekordlar qırır, Yeqiazaryan isə “qələbə” proqnozlaşdırır.

Görünür, ermənilər 44 günlük müharibədən sonra ümumerməni gülüş obyektinə çevrilən nağılbaz Artsrun Ovannisyanı unutmadıqları kimi, Yeqiazaryanın bu sözlərini də unutmayıblar.

Bu gün isə, belə demək mümkünsə, müharibə zamanı öz qəbilələrinə həyasızcasına yalan danışan insan bir növ səfərbərliyə çağırır. Yalnız tam bir axmaq belə cəfəngiyyatın toruna düşə bilər.

Bununla belə, onunla danışıqlar masasına əyləşmək arzusunda olan terrorçu Yeqiazaryana təşəbbüsündə uğurlar arzulayırıq. Biz “Artsax”da total səfərbərliyi səbirsizliklə gözləyirik. Razılaşın, terrorçuları bir-bir məhv etmək zəhmətli və yorucu bir məsələdir. Amma hamısı bir yerdə olanda – bu, başqa məsələdir. Daha az vaxt və səy tələb olunacaq. Amma deyəsən, Qarabağ terrorçuları arasında intihar etməyə razı olanlar o qədər də çox deyil. Təəssüf...

Müəllif: Fed Bakinski