Üç ölkə ilə işçi qrup yaradılıb
"Azərbaycan Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısının alınması üçün üç sahilyanı ölkə ilə işçi qrup yaradılıb". AYNA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun - Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq üçün sahilyanı ölkələrlə birgə tədbirlər görür:
"Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycan üç Xəzəryanı ölkə - Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qrupları yaradıb. Bu qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur".