Kim Çen In nüvə silahı barədə əmr verib

Dünya

04.06.2026 - 20:50

Şimali Koreya lideri nüvə arsenalının artırılmasını əmr edib

Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi nüvə potensialını inkişaf etdirmək üçün səylərini artırdığını bəyan edib. AYNA.AZ xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.

Kim Çen In silah səviyyəli nüvə materiallarının istehsalı potensialının ikiqat artdığını qeyd edib. O bu nailiyyətin son beş ildə əldə edildiyini deyib.

KCNA-nın məlumatına görə, ölkə lideri bu rəqəmin artırılmasına və nüvə silahlarının sayının "davamlı olaraq artırılmasına" əmr verib.

Kim Çen In müvafiq açıqlamaları KCNA-nın məlumatına görə, "daha qabaqcıl texnologiyalar tətbiq edən" yeni nüvə materialları istehsalı zavoduna səfəri zamanı verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş