Hazırda təlimlərin dəniz mərhələsi keçirilir
NATO gəmiləri “Baltic Operation 26” (BALTOPS 26) təliminin bir hissəsi olan dəniz əməliyyatlarına başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Polşa Müdafiə Nazirliyinin məlumatına görə, NATO gəmiləri Qdinya dəniz limanını tərk edib. “Növbəti iki həftə ərzində heyətlər dəniz sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün vahid komanda şəklində təlimlər keçəcəklər”, - deyə məlumatda bildirilir.
Baltik dənizi akvatoriyasında keçirilən “BALTOPS 2026” adlı çoxmillətli NATO təlimində alyansın 15 müttəfiq və tərəfdaşının hərbçiləri və təxminən 20 hərbi gəmi iştirak edəcək.
Alyans qüvvələrinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə yönəlmiş təlimə gəmi əleyhinə və hava hücumundan müdafiə manevrləri, dəniz desantı çıxarılması, minatəmizləmə əməliyyatları və pilotsuz sistemlərin tətbiqi daxildir.