Baş vermiş yanğın FHN qüvvələri tərəfindən tam söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A. Mirzəyev küçəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Obyektdə baş vermiş yanğın FHN qüvvələri tərəfindən tam söndürülüb.