Azərbaycanda 34 koronavirus xəstəsi süni nəfəs cihazına qoşuludur

Aktual

15.08.2020 - 22:13

TƏBİB reanimasiyada olan koronaviruslu xəstələrin sayını açıqlayıb

 

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı 192 nəfərdir. AYNA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.

 

Qeyd olunub ki, xəstələrdən 34 nəfəri süni nəfəs cihazına qoşulub.

 

Qeyd edək ki, bugünədək Azərbaycanda 34 107 nəfər COVID-19-a yoluxub, onlardan 31 697-si sağalıb, 506 nəfəri isə ölüb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə