Baş Prokurorluqdan Gəncənin atəşə tutulması barədə <font color=red> MƏLUMAT</font>

Aktual

04.10.2020 - 12:16

İstintaq-əməliyyat tədbirləri həyata keçirilir

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu düşmənin Ermənistan ərazisindən Gəncə şəhərini atəşə tutması ilə bağlı məlumat yayıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hazırda işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 4-də saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

 

Hadisə yerində olan prokurorluq əməkdaşları zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirirlər. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Müəllif: Ayna.az