4 avtomat, 1 tapança, 17 tüfəng, 3 patron darağı və 119 ədəd müxtəlif çaplı patron götürülüb
İyunun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 17 tüfəng, 3 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.