Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbələr endirir. AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, işğalçı Ermənistan tərəfi 18 oktyabrda razılaşdırılan ikinci humanitar atəşkəs rejimini kobud surətdə pozaraq yaşayış məntəqələrimizi, mülki əhalimizi atəşə tutmaqda davam edir. Azərbaycan Ordusu isə düşmənin hərbi nöqtələrinə atəş açır.