Azərbaycanda reanimasiya şöbələrində 195 koronavirus xəstəsi var

Aktual

19.08.2020 - 09:38

Həkimlər Klinikalar SEO Xidməti

Xəstələrdən 27 nəfəri isə süni tənəffüs cihazına qoşulub

 

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən” (TƏBİB) AYNA-ya verilən xəbərə görə, hazırda reanimasiya şöbələrində 195 nəfər müalicə alır. Xəstələrdən 27 nəfəri isə süni tənəffüs cihazına qoşulub.

 

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1764 nəfərdir.

Müəllif: Ayna.az