Ermənistanda arxiyepiskop barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib
Ermənistan məhkəməsi arxiyepiskop Baqrat Qalstanyanın məhkəməyəqədərki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. AYNA.AZ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə arxiyepiskop ev dustaqlığına buraxılıb.
Bu qərar Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilib və onun vəkili Ovannes Xudoyanın vəsatətini qismən təmin edib.
Qərarda qeyd edilib ki, ona cinayət işində digər təqsirləndirilən şəxslərlə əlaqə saxlamaq qadağandır.
Xatırladaq ki, ötən il iyunun 25-də Ermənistanın İstintaq Komitəsi Qalstanyanı ölkədə hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları planlaşdırmaqda ittiham edib. O həmin gün həbs olunub.
Qalstanyana qarşı irəli sürülən ittihamları şərh edən Baş nazir Nikol Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarının respublikada sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün "cinayətkar oliqarx ruhanilərin" genişmiqyaslı və məkrli planının qarşısını aldığını bildirib.
Arxiyepiskop 2024-cü ilin yazında Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinə qarşı keçirilən etirazlara rəhbərlik edib.