Azərbaycanlı Ukrayna ordusunda yüksək vəzifəyə təyin olunub

Dünya

04.06.2026 - 17:41

Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin olunub

Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib. AYNA.AZ xəbərverir ki, müvafiq əmri Ukraynanın müdafiə naziri Mixaylo Fedorov imzalayıb.

Gündüz Məmmədov əslən Gəncədəndir. O uzun müddət Ukrayna Prokurorluğunda çalışıb. 2014-cü ilin iyul ayından Odessa prokuroru, 2015-ci ilin dekabr ayından isə Odessa vilayəti prokurorunun müavini vəzifəsində çalışıb.

2016-cı ilin avqust ayında Krım Muxtar Respublikasının prokuroru təyin edilib. 2019-cu ildən 2021-ci ilə qədər isə Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş