Ankarada Çavuşoğlu ilə Blinken arasında görüş olub

Dünya

20.02.2023 - 11:27

cedabet dərman SEO Xidməti

"Prezident sarayında danışıqlar aparılıb”

Bu gün Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında qeyd edilib.

"Prezident sarayında danışıqlar aparılıb. Birgə mətbuat konfransı gözlənilir", - açıqlamada qeyd olunub.

Blinkenin Türkiyəyə ilk səfəri zamanı onun bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcəyi gözlənilir.

Səfər zamanı Blinken türkiyəli tərəfdaşlarla ölkədə baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılması, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətləri, Ukrayna münaqişəsi və ikitərəfli məsələləri müzakirə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş