Angela Merkel: “Putin Avropa İttifaqını zəiflətməyə çalışır”

Dünya

15.03.2025 - 19:28

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiyanın maraqları ilə bağlı müzakirə aparılmalıdır”

“Qərb ölkələri Rusiyanın nöqteyi-nəzərini nəzərə almalıdır. Rusiyanın maraqları ilə bağlı müzakirə aparılmalıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Almaniyanın keçmiş kansleri Angela Merkel “Berliner Zeitung”a müsahibəsində deyib.

O əlavə edib ki, Rusiyanın hərəkətlərini başa düşmək diplomatlar üçün əsas vəzifədir: “Siyasətçilər bu dövlətin maraqlarını düşünməlidirlər”.

Onun fikrincə, Putin “hazırda əlində olan vasitələrlə” Avropa İttifaqını zəiflətməyə çalışır: “Rusiya hərbi doktrinasının bir hissəsi isə digər ölkələri zəiflətməkdir”.

“Onun başqa ölkəyə hücum etmək üçün heç bir əsası yoxdur. Lakin Rusiyanın maraqlarını müzakirə etmək mütləq lazımdır”, - deyə keçmiş kansler bildirib.

Bundan əlavə, Merkel qeyd edib ki, Rusiya çox böyük resursa malik güclü ölkədir: “Bu, Amerika lideri Donald Trampı maraqlandırır”.

Merkel həmçinin Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüşü tənqid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş