Almaniya Ukraynaya əlavə haubitsalar və RYAS verəcək

Dünya

12.10.2022 - 20:29

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi: "Biz hazırkı dəstəyimizi koordinasiya edirik"

Almaniya Ukraynaya əlavə “Panzerhaubitze 2000” haubitsaları və “MARS II” reaktiv yaylım atəşi sistemləri (RYAS) verməyi öhdəsinə götürüb.

AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin "Twitter" mikrobloqunda bildirilib.

“Ramşteyn” formatında (təxminən 50 dövlətin daxil olduğu Ukraynanın müdafiəsi üzrə beynəlxalq təmas qrupu) görüş müharibə - Rusiyanın raket hücumları və Rusiyada qismən səfərbərlik, saxta referendumlar və Ukraynanın əks-hücumları dövründə keçirilir. Biz hazırkı dəstəyimizi koordinasiya edirik. Bir neçə həftə ərzində Ukraynaya əlavə “PzH2000” və “MARS II” veriləcək”, - Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş