Almaniya kansleri Putinə Kantdan sitat gətirməyi qadağan etdi

Dünya

23.04.2024 - 16:14

Olaf Şolts: “Rusiya filosofu və onun əsərlərini zərrə qədər əsası olmadan mənimsəməyə çalışır”

“Rusiya filosof İmmanuel Kantı və onun əsərlərini zərrə qədər əsası olmadan mənimsəməyə çalışır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

Kansler bildirib ki, Rusiya siyasətinin onun təlimlərinin əsas prinsiplərinə zidd olmasına baxmayaraq, “nəyin bahasına olursa olsun, Kant və onun yaradıcılığını mənimsəməyə” çalışır.

Şolts Rusiya Prezidenti Vladimir Putinə filosofdan sitat gətirməyi qadağan edib: “Çünki Rusiya liderinin Kantdan bəhs etmək üçün zərrə qədər əsası və haqqı yoxdur”.

Qeyd edək ki, daha əvvəl Kalininqrad vilayətinin başçısı Anton Əlixanov deyib ki, İmmanuel Kant Rusiya anklavında “görünən hər şey” kimi, Rusiyaya aiddir.

Müəllif: Ayna.az