Akar: “Mübarizə son terrorçu məhv edilənədək davam edəcək”

Dünya

28.11.2022 - 09:40

Türkiyə İraqda xüsusi əməliyyat başlayandan bəri zərərsizləşdirilən yaraqlıların sayını açıqlayıb

Türkiyə İraqın şimalında xüsusi əməliyyat başlayandan bəri PKK terror təşkilatının 480 silahlısını zərərsizləşdirib. AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 “İraqın şimalında “Pence Kilit” əməliyyatı başlayandan bu yana 480 PKK terrorçusu zərərsizləşdirilib. Terrorla mübarizə son terrorçu məhv edilənə qədər davam edəcək”, - deyə Akar bildirib.

Akar daha əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinin Suriya və İraqda keçirdiyi hava əməliyyatları nəticəsində 326 terrorçunun məhv edildiyini açıqlamışdı.

Nazir türkiyə qüvvələrinin ABŞ ordusunun müşahidə məntəqəsinə hücumu ilə bağlı xəbərləri də təkzib edib.

Müəllif: Ayna.az