Ağcabədidə dönərxanada yanğınla nəticələnən partlayış olub

Hadisə

07.12.2023 - 11:59

İki nəfər xəsarət alıb

Ağcabədi şəhərində ümumi sahəsi 24 kvadratmetr olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 kvadratmetr sahədə yanıb. Yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az