Təyyarənin göyərtəsində heç bir partlayıcı tapılmayıb
Afina Beynəlxalq Hava Limanına eniş edən İrlandiyanın “Ryanair” şirkətinə məxsus “Boeing 738” tipli təyyarəyə bomba qoyulması ilə bağlı məlumat öz təsdiqini tapmayıb.
AYNA xarici mediaya istinadən bildirir ki, sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması yoxlanılıb.
Hava gəmisində heç bir partlayıcı qurğu aşkar edilməyib.