Abşeronda dəhşətli qəza: ölənlər və yaralılar var

Hadisə

28.03.2023 - 11:31

Yük avtomobili ilə minik maşını toqquşub

Martın 27-də Abşeron rayonunda, Xırdalan-Saray yolunda ağır yol qəzası baş verib. AYNA Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) rəsmi məlumatına istinadən xəbər verir ki, saat 17:00 radələrində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az