Abşeronda bir evdə 3 nəfər dəm qazından boğularaq ölüb

Hadisə

07.01.2022 - 13:34

Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb

Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. 

Qeyd edilib ki, ötən gün Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az