“Baydenin administrasiyası İsrail və Fələstin arasında münaqişənin Yaxın Şərqdə yeni müharibəyə çevrilməsi ehtimalına hazırlaşır”
ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrail və Fələstin arasında münaqişənin Yaxın Şərqdə yeni müharibəyə çevrilməsi ehtimalına hazırlaşır. AYNA xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən yazıb.
Qeyd edilib ki, bu, Amerika liderinin yenidən Prezident seçilməsi üçün risklər daşıyır.
Məqalə müəllifi bildirib ki, Bayden administrasiyasının rəsmiləri Vaşinqtonun Qəzzadakı müharibənin daha geniş, uzanan regional münaqişəyə çevrilməsinə cavab verməsi üçün planlar hazırlayır.
Onun sözlərinə görə, hakimiyyət ABŞ-ın yeni müharibədə mümkün iştirakının ssenarilərini müzakirə edir.