Yeni tədbirlər aprelin 6-da elan olunacaq
ABŞ-ın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri digər məsələlərlə yanaşı, Rusiyaya bütün investisiyaların yatırılmasını qadağan edilməsini də əhatə edəcək.
AYNA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən xəbər verir.
Qeyd olunub ki, ABŞ Rusiya maliyyə institutlarına qarşı sanksiyaları da sərtləşdirmək niyyətindədir. Yeni tədbirlər aprelin 6-da elan olunacaq.
Agentliyin məlumatına görə, sanksiyalar müəyyən sayda Rusiya dövlət məmurlarına və onların ailə üzvlərinə, həmçinin Rusiya Federasiyasının bəzi dövlət müəssisələrinə şamil olunacaq.