ABŞ Putin və Lavrovun ailə üzvlərinə sanksiya tətbiq edib

Dünya

06.04.2022 - 22:45

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyaya qarşı sanksiyaların siyahısı genişləndirilib

ABŞ Rusiya Prezidenti Vladimir Putinin qızları - Katerina Tixonova və Mariya Putinaya sanksiya tətbiq edib.

AYNA xəbər verir ki, ABŞ Putinin qızları ilə yanaşı, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına da sanksiya tətbiq edib.

Rusiyanın sabiq Prezidenti və sabiq Baş naziri Dmitri Medvedev və Baş nazir Mixail Mişustin də daxil olmaqla, Milli Təhlükəsizlik Şurasının bütün üzvlərinə sanksiyaların tətbiq olunacağı gözlənilir.

“Biz hesab edirik ki, Putinin var-dövlətinin çox hissəsi onun ailə üzvlərinin adınadır və buna görə də biz onları hədəfə alırıq”, - adı açıqlanmayan yüksək səviyyəli administrasiya rəsmisi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş