“ABŞ kəşfiyyat xidmətlərinə qrupun konkret bu hədəfi vurmaq istəyib-istəmədiyi, yoxsa səhv hədəfi vurduğu aydın deyil”
ABŞ kəşfiyyat rəsmiləri Qolan təpələrindəki Məcdəl Şəms qəsəbəsinə edilən hücumun hədəf alındığına şübhə ilə yanaşırlar. AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Materialda vurğulanıb ki, Amerika kəşfiyyatı şəhərə hücumun arxasında Livanın şiə Hizbullah qruplaşmasının dayandığına əmindir, amma bu hücumun mahiyyəti suallar yaradır.
“ABŞ kəşfiyyat xidmətlərinə qrupun konkret bu hədəfi vurmaq istəyib-istəmədiyi, yoxsa səhv hədəfi vurduğu aydın deyil”, - deyə agentlik yazıb.
Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, İsrail Livan və Hizbullahla tammiqyaslı müharibəyə ciddi şəkildə yaxınlaşır. O, Qolan təpələrinə raket hücumunun “bütün qırmızı xətləri keçdiyini” vurğulayıb.