ABŞ İsraildəki vətəndaşlarına xəbərdarlıq edib

Dünya

19.04.2024 - 15:45

Amerikalılara diplomatik və konsulluq idarələrinin yerləşdiyi şəhərlərdən kənara səyahətdən çəkinmək tövsiyə edilib

ABŞ-ın İsraildəki səfirliyi ölkə vətəndaşlarına Amerika diplomatik və konsulluq idarələrinin yerləşdiyi şəhərlərdən kənara səyahətdən çəkinməyi tövsiyə edib. Bu barədə AYNA “İnterfax”a istinadən bildirir.

“Təhlükəsizlik baxımından İsrailin İranın hücumlarına cavab verməsi barədə xəbərlərdən sonra ABŞ hökumət işçiləri və onların ailə üzvləri şəxsi səbəblərə görə Təl-Əviv metropoliteni, eləcə də Qüds və Beer-Şebadan gələcək xəbərdarlığa qədər səyahətlərini məhdudlaşdırmalıdırlar”, - səfirliyin müraciətində vurğulanıb.

“Təhlükəsizlik vəziyyəti İsraildə mürəkkəb olaraq qalır və siyasi vəziyyətə və son hadisələrə görə tez dəyişə bilər”, - deyə bildirişdə qeyd edilib.

Müəllif: Ayna.az