ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Dünya

30.09.2022 - 08:29

ABŞ İranın neft və qaz sənayesi ilə əlaqəli 10 təşkilata əlavə sanksiya tətbiq edib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yeni məhdudiyyətlərə məruz qalan şirkətlər Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə yerləşsələr də, onların hamısı İranın hüquqi şəxsləri ilə bağlıdır.

Sanksiyaya məruz qalan şirkətlərin əksəriyyəti neft-qaz sektorunda fəaliyyət göstərir.

Xatırladaq ki, daha əvvəl Çinə neft məhsullarının ixracı ilə bağlı İrana qarşı yeni sanksiyalar tətbiq olunub.

Müəllif: Ayna.az