Yeddi nəfər yaralının xəstəxanaya yerləşdirildiyi bildirilib
ABŞ-ın Baton-Ruj şəhərində baş verən silahlı insident nəticəsində azı doqquz nəfər yaralanıb.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdəki universitet şəhərciyinin yaxınlığında atəş açıldığı bildirilir.
Zərərçəkənlərin hamısı həyat üçün təhlükə yaratmayan güllə yaraları alıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.