ABŞ-da hava şəraiti insan təlafatına səbəb olub
Həftəsonu ABŞ-ı bürüyən qar fırtınası nəticəsində azı 55 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Daha əvvəl 41 nəfərin öldüyü haqqında xəbər verilmişdi.
Əlverişsiz hava şəraiti nəticəsində Nyu-York, Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas daxil olmaqla, 12 ştatda insan ölümü qeydə alınıb.