Hal-hazırda Ayna qəzetinin 18.02.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.02.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Əli Həsənov: "Dağlıq Qarabağda separatçılıq hərəkatının başında duranlar Robert Köçəryan və Serj Sarqsyan olub"
Əli Həsənov:
"Dağlıq Qarabağda separatçılıq hərəkatının başında duranlar Robert Köçəryan və Serj Sarqsyan olub"
\"Ermənilərin törətdiyi bütün cinayətlər araşdırılır və sənədləşdirilir\"
Şənbə, 18.02.2012

mətn ölçüsü  

"Dünya ictimaiyyətinin əksər hissəsi bilir ki, Xocalı hadisəsi törədilən zaman sovet ordusunun gücündən və Dağlıq Qarabağda olan bir qrup separatçıdan istifadə olunub. Separatçılıq hərəkatının başında duranlar isə Robert Köçəryan və Serj Sarqsyan olub. Ermənilərin törətdiyi bütün cinayətlər araşdırılır və sənədləşdirilir".

APA-nın məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərin Xocalı soyqırımının törədilməsində rolu olan Serj Sarqsyan, Robert Köçəryan və Seyran Ohanyanın İnterpol xəttilə axtarışa verilməsi barədə sualını belə şərh edib.

Həsənov bildirib ki, sənədləşmə başa çatdıqdan sonra cinayətkarların cəzaya çatdırılması üçün beynəlxalq səviyyədə müraciət etmək olar:

"Bu cinayətləri sübuta yetirmək üçün kifayət qədər faktlar sənədləşdirilir. Hesab edirik ki, hüquq-mühafizə orqanları bu işin öhdəsindən gələcək. Ermənistan bu gün çox ciddi şəkildə türk dünyasına, bir neçə müsəlman ölkəsini çıxmaq şərtilə bütün dünya müsəlmanlarına qarşı ciddi ideoloji müharibə aparır. Hesab edirəm ki, bu problemlə bağlı heç bir diplomatik qaydaları gözləmək lazım deyil. Diplomatlarımız da, hökumət məmurlarımız da istənilən tədbirdə günahkarın üzünə onun günahını açıq deməlidir. Burada diplomatik gediş etməyin yeri deyil. Biz adətən beynəlxalq qurumları ikili standartlarda günahlandırırıq, özümüz niyə ikibaşlı danışmalıyıq? Burada məsələ tək Ermənistanla deyil, onlara kömək edənlər də var. Bu məsələləri açıq şəkildə dünya ictimaiyyətinə çatdırmaq lazımdır".

Dövlət Komitəsinin sədri bildirib ki, Fransa Senatında qondarma "erməni soyqrımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qanun qəbul olunduqdan sonra müəyyən qarşı addımlar atılıb:

"Biz belə qərara gəldik ki, Qaradağlı faciəsi ilə bağlı saytı fransız dilinə də tərcümə edək. Qoy fransız ictimaiyyəti də bu faciədən xəbər tutsun. Fransanın 126 senatorunun qəbul etdiyi qərarı bütövlükdə fransız xalqının adına yazmaq düzgün deyil. Sadə fransızların bu faciədən xəbəri yoxdur. Sadə fransızın günahı deyil ki, o, senatoru seçir, senator da gedib erməni puluna satılır, seçicisinə qarşı çıxır. Bu qərar fransız xalqına da qarşıdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hərbi şəhərciklər boşaldılacaq

Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi

Bu il Azərbaycan 5 nəfəri ekstradisiya edib

Dünya türklərinin Media Platforması yaradıldı

Libermanın Bakı bəyanatları Bakını narahat etmir

Bölmənin digər xəbərləri
 
Azərbaycan - NATO əməkdaşlığı: hədəflər bəlli oldu
Brüssel görüşündə mühüm bəyanatlar verildi

Konqresmen Xocalı qırğını haqda bəyanat verdi
Stiv Koen həmkarlarını ermənilərin törətdiyi bu qətliamın qurbanlarını anmağa çağırıb

Bahar Muradova: "Minsk Qrupunun formatının dəyişdirilməsi gündəmdədir"
"Azərbaycan açıq və sərt mövqeyini Fransa Konstitusiya Şurasının qərarından sonra bildirəcək"

İranın Azərbaycana təzyiqləri pislənir
Türk diasporları kampaniyaya başlayıb

"Hürriyet" qəzetində Azərbaycanla bağlı geniş yazı dərc olunub
Yazıda bizim rəsmilərin münasibətləri yer alır

Nillari Klinton hədəfə alınıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir

Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Bizə Avropa bazarlarında "yaşıl işıq"

Bizə Avropa bazarlarında "yaşıl işıq"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər