Ovannes Saakyan girov müqabilində azadlığa buraxılıb

Dünya

09.06.2026 - 15:58

Rusiyadan gələn erməni cinayətdən xəbərdar olub, lakin hüquq-mühafizə orqanlarına məlumat verməyib

İrəvanda hava limanında saxlanılan Ovannes Saakyan girov müqabilində azadlığa buraxılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Daha əvvəl Saakyanın müsahibəsindən bir fraqment sosial mediada yayılıb və o səs vermək üçün Rusiyadan Ermənistana ailəsi ilə gəldiyini və həmin axşam evə qayıdacağını bildirib.

"Ajiotaj yarana bilər və biz burada uşaqlarla birlikdəyik... Hər hansı bir çətinlikdən qaçmaq üçün gəlmişik", - deyə o "Shant" telekanalının jurnalistinə verdiyi müsahibədə bildirib.

Video sosial mediada geniş yayılıb və bəzi istifadəçilərin mənfi reaksiyasına səbəb olub.

İstintaq Komitəsi Saakyanın cinayət barədə məlumat verməməkdə ittiham olunduğunu bildirib. Ona qarşı qabaqlayıcı tədbir olaraq səyahət qadağası tətbiq edilib.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə 16 partiya və iki blok iştirak edib. Səsvermə nəticələrinə görə, parlamentə üç siyasi qüvvə daxil olub. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,82%-ni, Samvel Karapetyanın “Güclü Ermənistan” bloku isə 23,28%, sabiq Prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,93% səs toplayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş