İranın sabiq Ali Rəhbəri iyunun 26-dan sonra dəfn olunacaq
İranın sabiq Ali Rəhbəri Seyid Əli Xameneyinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək. AYNA.AZ “Tasnim”ə istinadən bildirir ki, bu barədə Xameneyinin əsərlərinin mühafizə və nəşri ofisi məlumat yayıb.
Bildirilib ki, Xameneinin dəfn mərasimi ilə bağlı yerli və xarici mediada yayılmış iddialar həqiqəti əks etdirmir.
Xameneyi ilə vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən sonra keçiriləcəyi və bununla bağlı daha sonra ətraflı məlumat veriləcəyi qeyd olunub.
Xatırladaq ki, İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.
Qeyd edək ki, Xameneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xameneyi seçilib.