Rusiyalı deputat: “Erməni müxalifətinin 20 faiz səsi oğurlanıb”

Dünya

09.06.2026 - 15:16

“Ermənistan seçkilərindəki səs saxtakarlığı müxalifət partiyalarının səslərin ən azı 20 faizini itirməsinə səbəb olub”

“Ermənistan seçkilərindəki səs saxtakarlığı müxalifət partiyalarının səslərin ən azı 20 faizini itirməsinə səbəb olub”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.

“Yerli müşahidəçilər və müxalifət səsvermə prosesi zamanı pozuntular, o cümlədən səsvermə karusellərindən istifadə, bülletenlərin çıxarılması, açıq səsvermə və hərbçilər tərəfindən qrup səsverməsi barədə məlumat veriblər. Seçkilər həm kampaniya zamanı, həm sükut günü, həm də seçki günü müxalifət nümayəndələrinin saxlanılması ilə müşayiət olunub. Bu partiyalara səs verən insanların bülletenlərinin məhv edilməsi və ya zədələnməsi üçün hər şey edilib. Müxalifətin səslərinin ən azı 20 faizi oğurlanıb", - deyə o bildirib.

Deputat qeyd edib ki, səsvermə başa çatdıqdan sonra hərbçilər və tələbələr seçki məntəqələrinə gətirilərək iştirak etməyə məcbur ediliblər.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə 16 partiya və iki blok iştirak edib. Səsvermə nəticələrinə görə, parlamentə üç siyasi qüvvə daxil olub. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,82%-ni, Samvel Karapetyanın “Güclü Ermənistan” bloku isə 23,28%, sabiq Prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,93% səs toplayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş