“ABŞ Vaşinqtonda keçirilən tarixi sülh sammitində qeyd olunan məqsədlərə çatmaq üçün Ermənistanla işləməyə hazırdır”
ABŞ dövlət katibi Marko Rubio Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. AYNA.AZ xəbər verir ki, dövlət katibi bu barədə sosial media səhifəsində yazıb.
Rubio Paşinyanı partiyasının hakimiyyətdə qalması münasibətilə təbrik edərək vurğulayıb ki, ABŞ Vaşinqtonda keçirilən "tarixi" sülh sammitində qeyd olunan məqsədlərə çatmaq üçün Ermənistanla işləməyə hazırdır.
“Bu iş həm Cənubi Qafqazda, həm də ondan kənarda sülhün, sabitliyin və rifahın təmin edilməsi üçün həyata keçiriləcək”, - deyə qeyd edib.