"Bu il məhsulun 700 ton olacağı proqnozlaşdırılır”
Gürcüstan zeytun və zeytun yağı istehsalçıları Rusiya bazarı ilə maraqlanırlar. AYNA.AZ xəbər verir ki, bu barədə Tiflisdəki "Vzglyad" qəzeti məlumat yayıb.
Sənayenin aparıcı şirkəti olan "Georgian Olives" şirkətinin təsisçisi Giorgi Svanidze "Busines media.ge"yə bildirib ki, "Gürcüstan ən yaxşı zeytun və zeytun yağına malik ilk beş ölkədən biridir".
O əlavə edib ki, "bu il məhsulun 700 ton olacağı proqnozlaşdırılır, ötən mövsüm isə bu rəqəm 250 tonu keçməyib".
Svanidze bildirib ki, maraq doğuran bazarlara "Yaxın Şərq, Ukrayna, Polşa, Qazaxıstan, Rusiya, Rumıniya, Özbəkistan və Belarus" daxildir.
Şirkət Gürcüstanda 1500 hektar zeytun bağına sahibdir.