Qaz kəməri yanacaqdoldurma məntəqəsinin yaxınlığında partlayıb
Dağıstanda, Kızılyurtda qaz kəmərində üç partlayış baş verib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
"Kızılyurt şəhərində qaz boru kəmərinin partlayışı ilə bağlı 112 təcili yardım sistemi vasitəsilə məlumatlar gəlməyə başlayıb. Hadisə yerinə 1-ci BXB-nin qüvvələri və vasitələri göndərilib. İlkin məlumata görə, diametri 1200 mm olan əsas qaz boru kəmərində üç partlayış baş verib. Məlumat dəqiqləşdirilir", - deyə açıqlamada bildirilib.
FHN-in məlumatına görə, qaz kəməri yanacaqdoldurma məntəqəsinin yaxınlığında partlayıb. Hadisə yerində təzyiq altında qaz sızıb.
"Kızılyurtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında qaz boru kəməri partlayıb. Hadisə yerində yanğın baş verib və qaz təzyiq altında sızmağa başlayıb. Üç partlayış səsi eşidilib", vurğulanıb.
Yanğın zonasındakı alovun hündürlüyü 15 metrə çatıb. Hadisədən dərhal sonra Kızılyurtda qaz kəməri bağlanıb.