“Elektron büdcə bələdçisi altsistemi yaradılıb, bu şəffaflığın təmini üçün önəmli platformadır”
Artıq ilk 10 dövlət şirkətinin maliyyə monitorinqi yekunlaşıb. AYNA.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, ötən il maliyyə sahəsində həyata keçirilən islahatlarla xarakterizə olunur: “Elektron büdcə bələdçisi altsistemi yaradılıb, bu şəffaflığın təmini üçün önəmli platformadır. Artıq ilk 10 dövlət şirkətinin maliyyə monitorinqi yekunlaşıb və yaxın günlərdə hökumətə təqdim olunacaq”.