“Zirə” Araz Abdullayevi transfer edib

İdman

25.03.2024 - 07:23

Həkimlər Klinikalar SEO Xidməti

31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb

“Zirə” yeni futbolçu ilə anlaşıb. Klubdan AYNA-ya verilən məlumata görə, “qartallar” Araz Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş